“Ermənini bundan əvvəl də udmuşdum” - Həsən Əliyev

 “Ermənini bundan əvvəl də udmuşdum” - Həsən Əliyev
  16 İyun 2015    Oxunub:3470
"Döyüşlərim çox çətin keçdi. Əslində qarşılaşdığım rəqiblərin hamısını tanıyırdım. Onlar güclü idmançılardır".
Bunu APA TV-yə açıqlamasında Avropa Oyunlarında yunan-Roma üzrə güləşi üzrə yarışların bürünc mükafatçısı Həsən Əliyev deyib.

Onun sözlərinə görə, yarımfinalda uduzduğu Ermənistan güləşçisi Miqran Arutyunyanla görüş qabağı ciddi psixoloji gərginlik var idi: "İlk dəfə keçirilən I Avropa Oyunları, hər kəsin səni izlədiyini bilmək ciddi məsuliyyət idi. Erməni rəqiblə eyni döşəyə çıxmaq həyəcanı birə-beş artırırdı. Nəticə isə gözlədiyimin əksinə oldu. Qələbəyə doğru getdiyim yolda uduzdum. Bu, mənim səhvim idi. Halbuki o idmançını bir neçə il əvvəl təmiz qələbə ilə udmuşdum. Boş yerə xal verdim. İstədim xallarımın sayını artırım, 5 xal yığım ki, sonra 4 xallıq fəndə düşsəm belə, irəlidə olum. Qələbəni tam təmin etmək istəyirdim, amma olmadı".

Həsən Əliyev ruhdan düşmədiyini və qarşıdan gələn dünya çempionatına ciddi hazırlaşacağını bildirib. Çempionatda birinci olmaq əzmi ilə çalışacağını deyən güləşçi hədəfinin Olimpiada qalibi olmaq olduğunu vurğulayıb.





Teqlər:  





Xəbər lenti