Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən həyata keçirilən builki aksiyada azərbaycanlı tələbələrlə yanaşı, ümumilikdə Moskvanın ali məktəblərinin Azərbaycan, Çin, Malayziya, Özbəkistan, Gürcüstan və Yunanıstandan olan 100-ə yaxın nümayəndəsi iştirak edib.
RAGB nəzarət-təftiş komissiyasının üzvü, aksiyanın əsas təşkilatçılarından biri, tibb elmləri doktoru Samir Əliyev bildirib ki, aksiyada iştirak edənlər qan verərək xəstələrə kömək etməklə yanaşı, öz sağlamlıqları barədə də məlumat əldə edirlər.
Qeyd edək ki, son 7 ildə RAGB əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.
“Qanın milliyəti yoxdur” humanitar aksiyası Moskva ilə yanaşı, Rusiyanın regionlarında da keçirilir.
(Apa)