Hökumət tam tərkibdə istefa verdi - Qalmaqal

Hökumət tam tərkibdə istefa verdi - Qalmaqal
  17 İyun 2015    Oxunub:4577
Moldova hökuməti tam tərkibdə istefa ilə bağlı ölkə parlamentinə müraciət edib.
Xəbərə görə, bununla bağlı qərar Nazirlər Kabinetinin bugünki iclasında qəbul edilib.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayılıb

"Baş nazirin istefası ilə əlaqədar hökumətin tam tərkibdə istefası məsələsinə baxmağınızı istəyirk", - sənəddə vurğulanıb.

İstefa vermiş baş nazir Kirill Qaburiç ona təziyq edildiyini söyləyib: "Təhsilimlə bağlı məni Baş Prokuroluğa çağırıblar".

Xatırladaq ki, iyunun 12-də Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.
Qeyd edək ki, 38 yaşlı K.Qaburiçin baş nazir postuna namizədliyini Moldova Liberal Demokrat Partiyasının təklifi ilə "Avropa Moldovası uğrunda Alyans" irəli sürmüşdür. O, 2012-ci ildən 2014-cü ilin sonunadək Azərbaycanda "Azercell" şirkətinin direktoru işləyib. Kommunist baş nazir Yuri Lyankenin istefa verməsindən sonra K.Qaburiç hökumət başçısı olmuşdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti