Yığmamız ilk qələbəsini qazandı

Yığmamız ilk qələbəsini qazandı
  17 İyun 2015    Oxunub:1925
Bakı-2015 I Avropa Oyunları çərçivəsində su polosu yarışlarında növbəti oyunlar keçirilib.

Vaterpol Arenasında kişilər pley-off mərhələsinə start veriblərsə, qadınlar qrupda son matça çıxıblar.

Kişilərin yarışında mübarizə aparan Azərbaycan yığması yer aldığı B qrupunu sonuncu pillədə başa vurduğundan, 13-16-cı yerlər uğrunda mübarizə aparmalı idi. Komandamız D qrupunun sonuncusu Malta ilə üz-üzə gəlib. Qrupdakı bütün oyunlarda məğlub olan yığmamız ilk qələbəsini Malta üzərində qazanıb. Millimizin 13-cü yer uğrundakı rəqibi Türkiyə olacaq.

Təsnifat mərhələsində isə 4 görüş baş tutub və Rusiya, Yunanıstan, Almaniya, Serbiya 1/4 finala vəsiqə qazanıblar. Onlar növbəti mərhələdə müvafiq olaraq İspaniya, Xorvatiya, Macarıstan və İtaliya ilə qarşılaşacaqlar.

Qadınlarda isə Yunanıstan və Rusiya yer aldıqları qrupu lider kimi tamamlayaraq, yarımfinala adlayıblar. Qrupların ikinciləri və üçüncüləri isə öz aralarında pley-off keçirəcək və qalib iki komanda yarımfinala vəsiqə əldə edəcək.


Su polosu, kişilər
16 iyun

13-16-cı yerlər uğrunda
Ukrayna – Türkiyə - 9:11
Azərbaycan – Malta – 8:7

Təsnifat mərhələsi
Rusiya – Monteneqro – 11:8
Yunanıstan – Fransa – 16:7
Almaniya - Slovakiya - 13:7
Serbiya - Rumıniya - 8:2


Qadınlar

A qrupu
Yunanıstan – İsrail – 19:4
Almaniya – Hollandiya – 4:16
Macarıstan - Böyük Britaniya 16:4

B qrupu
Slovakiya – İtaliya – 7:18
Rusiya – Serbiya – 28:3
İspaniya – Fransa 20:5 (Apa)


Teqlər:





Xəbər lenti