Toğrul Əsgərov qızıl medal qazandı - Yenilənib

Toğrul Əsgərov qızıl medal qazandı - Yenilənib
  17 İyun 2015    Oxunub:8810
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarına start verilir.
AzVision.az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda xalça üzərinə ölkəmizin 4 güləşçisi çıxacaq. Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə güləşçilərimiz mübarizəyə başlayacaq.

57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (Fransa)

65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov

74 kq
1/8 final - Mihaly Nagy (Macarıstan) - Cəbrayıl Həsənov

97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov

***
Toğrul Əsgərov rusiyalı İlias Bekbulatovla mübarizəyə başlayıb və hazırda həmyerlimiz qalib gəlir. Əsgərov 8-7 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

***

97 kq mübarizə aparan güləşçimiz Xetaq Qazyumov hazırda 1/16 finalda Radoslav Baran (Polşa) qarşılaşıb. Birinci hissədən sonra güləşçimiz 6:0 öndə olub.

İkinci hissədə də 4 xal qazanan güləşçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

***

57 kq çəki dərəcəsində 1/8 final mərhələsində mübarizə aparan Yaşar Əliyev fransalı El Ourraqe Zoheir ilə üz-üzə gəlib. Həmyerlimiz 9-4 hesabı hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə çıxdı.

***
65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/8 final mərhələsinin görüşünə çıxıb. O, moldovalı Mihail Sava ilə qarşılaşıb və idmançımız 10-0 təmiz qələbə qazanıb.
***
74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov macarıstanlı Naqi Mihaly ilə qarşılaşıb. Güləşçimiz 10:0 hesabla qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

***
74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov 1/4 final Türkiyə təmsilçisi Demirtaş Sonerlə qarşılaşıb. Görüşün əsas hissəsi 5:5 hesabı ilə sona çatdı. Artım dəqiqədə isə Türkiyə təmsilçisi qələbə qazanaraq növbəti mərhələyə çıxıb.
***
Təmsilçimiz Xetaq Qazyumov 1/8 finalda moldovalı Nikolay Ceban ilə görüşüb. O, rəqibini 3-0 məğlub edib.

***
Təmsilçilərimiz Xetaq Qazyumov və Toğrul Əsgərov rəqiblərinə qalib gələrək yarımfinala yüksəliblər.

***
Xetaq Qazyumov finala yüksəlib. 97 kq çəkidə güləşən pəhləvan yarımfinalda rusiyalı Abdusalam Qadisovu 4:2 hesabı ilə məğlub edib. Azərbaycan pəhləvanı qızıl medal uğrunda gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək.
***
Yaşar Əliyev yarımfinalda rusiyalı Lebedev Viktor ilə qarşılaşır və 1-3 hesabı ilə uduzaraq finala adlaya bilməyib. Amma idmançımız bürünc üçün mübarizə aparacaq.
***
65 kq çəki dərəcəsində Toğrul Əsgərov final uğrunda belaruslu Nuryukau Azamat ilə üz-üzə gəlib. Güləşçimiz 7-2 hesablı qələbə qazanaraq finala yüksəldi.

**
65 kq çəki dərəcəsində Toğrul Əsgərov finalda rəqibi üzərində təmiz qələbə əldə edərək qalib olub.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan kişi yunan-Roma güləşçilərimiz 6 medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərimiz isə 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti