Bakı Moskvadan bahalı şəhərdir - REYTİNQ

Bakı Moskvadan bahalı şəhərdir - REYTİNQ
  17 İyun 2015    Oxunub:3679
Bakı xarici vətəndaşların yaşaması üçün dünyanın ən bahalı şəhərləri arasında 33-cü pilləni tutub.
AzVision.az-ın məlumatına görə, “Mercer” şirkətinin təşkil etdiyi siyahıda ilk pilləni Anqolanın paytaxtı Luanda tutub.

Reytinqə əsasən Rusiyanın paytaxtı Moskva siyahıda 50-ci yeri tutub. Postsovet məkanından Almatı 94-cü, Riqa 11-ci, Aşqabad 127-ci, Tallin, 155-ci, Daşkənd 162-ci, Vilnüs 171-ci, Kiyev 184-cü, Yerevan 192-ci, Tbilisi - 198-ci, Minsk - 200-ci pilləni tutub. Siyahıda sonuncu pilləni isə Qırğızıstanın paytaxtı Bişkek tutub.

Ümumilikdə reytinqdə 207 şəhər yer alıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti