Prezident Xetaqa qızıl medal verdi - FOTOLAR

Prezident Xetaqa qızıl medal verdi - FOTOLAR
  18 İyun 2015    Oxunub:2992
Azərbaycan prezidenti İlham Əliyev Avropa Oyunlarında kişilər arasında 97 kiloqram çəki dərəcəsində sərbəst güləş yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

AzVision.az xəbər verir ki, ölkə başçısı Xetaq Qazyumova qızıl medalı təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

X.Qazyumov gərgin mübarizə şəraitində keçən final görüşündə gürcü rəqibini 3:1 hesabı ilə yenərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

Fotolar: Nuron Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti