Külək Gəncəni iflic etdi - FOTOLAR

Külək Gəncəni iflic etdi - FOTOLAR
  04 İyun 2013    Oxunub:1158
Gəncə şəhərinin mərkəzi də daxil olmaqla qəsəbələrə verilən elektrik enerjisi bir müddət dayandırılıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, havaların temperaturunun get gedə yüksəldiyi bir vaxtda gözlənilmədən Gəncə şəhərinə yağışla müşayiət olunan dolu yağıb. Təxminən 5-7 dəqiqə davam edən dolu yağışı havanın sərinləməsi ilə müşahidə edilib. Dolunun diametri 3-4 santimetrə çatıb. Yay fəslində Gəncənin iqlimi üçün heç də xarakterik hesab edilməyən bu hal şəhər sakinləri tərfindən də təəccüblə qarşılanıb. Bu hadisədən 3 saat sonra güclü külək nəticəsində iri gövdəli ağacların bəziləri sınaraq yolu bağlayıb və bəzi avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. İşıq dirəkləri aşıb.

Hazırda şəhərin elektrik təchizatı tam bərpa olunub və fəsadlar aradan qaldırılır.

Qalereya




Teqlər:  





Xəbər lenti