`Nemtsovu amerikalılar öldürüb` - Kadırovdan şok iddia
“Hesab edirəm ki, cinayətin izini Çeçenistanda yox, Ukraynada, UTİ-də, daha sonra isə ABŞ-da axtarmaq lazımdır. Cinayətin arxasında Atam Osmayevin olmasına dair məlumatlar var. Hazırda o, Ukraynada “Cohar Dudayev batalyonuna” rəhbərlik edir”, - deyə Kadırov bildirib.
Kadırov həmçinin siyasətçinin ölümündə əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib: “Mənim haqqımda deyirlər ki, guya mən hardasa Nemtsovu öldürmək lazım olması barədə fikir söyləyib. Lakin bu yalandır! Onu öldürmək mənim nəyimə gərəkdir? O, bizə nə edib?, Məgər o biz mane olurdu?, o, uzun müddət idiki, Çeçenistana gəlmirdi. Sonuncu dəfə mən onu 14 il əvvəl Qudermes şəhərində görmüşəm”
Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.
Eldar Tanrıverdiyev
Azvision.az