Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
  18 İyun 2015    Oxunub:2352
Bakı Çempionlar Liqası və Avropa Liqasının final oyununun keçirilməsi üçün irəli sürüləcək namizəd şəhərlər arasında yer alacaq.
AzVision.az korner.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, paytaxtda inşa edilmiş 68 min azarkeş tutumuna malik olan Olimpiya stadionu final qarşılaşmalarının keçirilməsi üçün əlverişli yerdir:

"Biz bölgənin ən böyük stadionuna sahibik. Elə isə Çempionlar Liqası, Avropa Liqası və digər böyük yarışların final oyunları üçün bu stadionu niyə də namizədlər sırasında göstərməyək?"

Qeyd edək ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir qrupunun oyunları Bakıda keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti