`Hər gün Bakı ilə əlaqə saxlayıram ` - Erməni nazir
“İdmanı siyasətlə qarışdırmaq lazım deyil. Avropa Oyunları Bakının mülkiyyəti deyil. Bu oyunları Beynəlxalq Olimpiya Komitəsinin tərkibinə daxil olan Avropa Olimpiya Orqanları keçirir. Ona görə də, bizim ora getməməyimiz üçün heç bir əsas yox idi”, - deyə Kazaryan vurğulayıb.
Nazir qeyd edib ki, şəxsən özü hər gün Bakıda olan erməni komandası ilə əlaqə saxlayır və onun vəziyyəti ilə maraqlanır.
Eldar Tanrıverdiyev
Azvision.az