Tbilisidən qaçan pinqvin Azərbaycanda yoxa çıxdı

Tbilisidən qaçan pinqvin Azərbaycanda yoxa çıxdı
  18 İyun 2015    Oxunub:4144
Tbilisi zooparkının əməkdaşları ötən gün Azərbaycanla sərhəddə yerləşən ərazidə görülən pinqvini tapa bilməyiblər.
Bu barədə AzVision.az `Novosti-Qruziya`ya istinadən xəbər verir.

“Bizim əməkdaşlarımız hadisə yerinə gediblər və bütün əraziyə baxış keçiriblər. Təəssüflər olsun ki, pinqvini tapmaq mümkün olmayıb”,– deyə Zoopark rəsmisi bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstan paytaxtı Tbilisi Zooparkından qaçan Afrika pinqvini Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı körpü ərazisindəki Xram çayında görünüb.

Gürcüstan paytaxtı Tbilisidən Azərbaycanla olan körpüyə qədər olan məsafə 60 kilometrdir.

Xatırladaq ki, iyunun 14-ü baş verən təbii fəlakət nəticəsində Tbilisi Zooparkı dağılıb. Nəticədə begemot, ayı, pələng, pinqvin və digər vəhşi heyvanlar da şəhər küçələrinə dağılmışdı.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti