`Neft 60-70 dollar olacaq` - Azərbaycanlı milyarder
`Biz hesab edirik ki, neftin qiyməti bu aşağı səviyyədə hələ bir müddət qalacaq`, - deyə Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, bir müddət öncə Texasda neft üzrə beynəlxalq konfransda çıxış edən “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov qeyd etmişdi ki, neftin qiymətinin aşağı düşməsi davam etməyəcək.
Ələkbərov vurğulamışdı ki, Rusiyada neft hasilatı tezliklə sabitləşəcək və yaxın perspektivdə bir az azalacaq: “Biz əminik ki, Arktikada böyük ehtiyatların işə salınması ilə Rusiya yenidən neft hasilatı üzrə liderliyə qalxacaq”.
Eldar Tanrıverdiyev
Azvision.az