İlk Avropa Oyunları Türk mediasının diqqətində

İlk Avropa Oyunları Türk mediasının diqqətində
  19 İyun 2015    Oxunub:8756
Türkiyənin haberiniz.com.tr saytında Hacıbəy Heydərlinin İlk Avropa Oyunları ilə bağlı yazısı dərc olunub. Yazı bir sıra başqa saytlarda da tirajlanıb.

Yazıda Oyunların təşkilindən danışılır, onun Azərbaycan mədəniyyətini Avropaya tanıtmaq üçün bir fürsət olduğu bildirilir.

Həmçinin qeyd olunur ki, "Bakı 2015" Avropa Oyunlarının marşı da Azərbaycanda və Avropa ölkələrində böyük maraq doğrub. Mahnının Samir Cəfərov və Sevda Ələkbərzadə ilə yanaşı, Türkiyə cəmiyyətinin ‘O ses Türkiye’ yarışmasından tanıdığı Elnur Hüseynov tərəfindən ifa olunduğu bildirilir. Xatırladılır ki, Elnur həm də bu il Azərbaycanı Avroviziyada təmsil edib.

Yazıda bildirilir ki, həm Azərbaycan, həm də İngilis dillərində oxunan mahnının sözləri Cəlal Qurbanova, sözləri Muxtar Abseynova aiddir. Klipin ərsəyə gəlməsinə ASAN və BEGOC könüllüləri dəstək olublar.

Daha sonra xatırladılır ki, İlk Avropa oyunlarına Türkiyədən 217 idmançı qatılıb.




Teqlər:





Xəbər lenti