ABŞ Ukraynaya 300 milyonluq hərbi yardım edəcək

ABŞ Ukraynaya 300 milyonluq hərbi yardım edəcək
  19 İyun 2015    Oxunub:2681
ABŞ senatı Ağ evin etirazına baxmayaraq hərbi büdcəyə 612 milyard dollarlıq düzəlişi qəbul edib.
Bu barədə AzVision.az `Associated Press`-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, düzəlişin lehinə 75 senator, əleyhinə isə 25 senator səs verib.

Ukraynaya 300 milyon dollar məbləğində yardım nəzərdə tutan yenilənmiş qanun layihəsinin müəllifi senator – respublikaçı Rob Portmandır. Yeni qanun layihəsi həmçinin Kiyevə atıcı silahlar və qumbaraatanların çatdırılmasını da nəzərdə tutur
Qanun layihəsinin mətninə əsasən Pentaqon Dövlət Departamenti ilə birgə Ukrayna ordusunun hazırlığına, bu ölkəyə silah çatdırılması və logistik dəstəyə 300 milyon dollara qədər yardım göstərə bilər.

Qeyd edək ki, daha əvvəl Batak Obama Administrasiyası qanun layihəsinə veto qoyacağını bildirmişdi. Ağ Ev Ukraynaya silah çatdırılmasının əleyhinədir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti