77 nəfərin qatili politoloq olacaq
AzVision.az xəbər verir ki, bu barədə Oslo Universiteti informasiya yayıb. Universitet bildirib ki, Breyvikin müraciətinə iyulun 20-də baxılacaq. Əgər müraciət təmin olunsa, terrorçu öz kamerasında qiyabi yolla politologiyanı öyrənəcək.
Xatırladaq ki, Andres Breyvik 2011-ci ilin 22 iyulunda Osloda partlayış törətməklə və insanlara atəş açmaqla 77 nəfərin ölümünə səbəb olub. O, 21 illik həbs cəzasına mıhkum edilib.
AzVision.az