İnterpol 115 ölkədə əməliyyat keçirdi
İnterpolun yaydığı məlumatda vurğulanır ki, təşkilatın tarixində ən geniş miqyaslı əməliyyat olub. Əməliyyatda 236 polis, gömrük və səhiyyə təşkilatlarının əməkdaşları iştirak edib. İnterpolun keçirdiyi əməliyyat çərçivəsində içərisi dərmanlarla dolu olan 20,7 milyon qutu müsadirə olunub ki, bu da ötən ilki göstəricidən iki dəfə çoxdur. Bundan əlavə dərman satışı ilə məşğul olan 2414 sayta giriş isə məhdudlaşdırılıb.
Müsadirə olunan məhsulun 30%-nin çoxu Böyük Britaniyanın payına düşür.
Eldar Tanrıverdiyev
Azvision.az