“Neftçi” ilkə imza atacaq

“Neftçi” ilkə imza atacaq
  19 Fevral 2013    Oxunub:2453
“Neftçi” Azərbaycan milli çempionatları tarixində bir ilkə imza atacaq.
Klubun təşəbbüsü ilə fevralın 23-də “İnter”ə qarşı baş tutacaq Topaz Premyer Liqanın mərkəzi oyunundan əvvəl komandanın baş məşqçisi Böyükağa Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək, açıq-məşq təşkil olunacaq.
Klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə eyni addını atmaq üçün “İnter” klubuna da müraciət olunduğunu söyləyib.
O deyib ki, mətbuat konfransının yeri və vaxtı barədə jurnalistlərə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan çempionatlarında oyunlardan əvvəl mətbuat konfransı hələ keçirilməyib. Ölkəmizdə belə təcrübəyə bu günə qədər yalnız Avropa kuboklarının oyunları öncəsi rast gəlinib.



Teqlər:  





Xəbər lenti