Bakıda Ledi Qaqaya sürpriz – 2 min gül...

Bakıda Ledi Qaqaya sürpriz – 2 min gül...
  19 İyun 2015    Oxunub:6300
Dünyaca məşhur müğənni Ledi Qaqanın (Lady Gaga) Bakıda Avropa Oyunlarının açılışı zamanı ifa etdiyi piano iki mindən çox güllə bəzədilib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın `TASS` agentliyinə açıqlamasında Azərbaycanın tanınmış floristlərindən biri Dmitriy Turkan bildirib.

“Güllərlə bəzədilən royal ideyası mərasimin rejissoru, yunan Dimitris Papaionuya aiddir. İdeyaya əsasən Qaqanın ifası yeni həyat, çiçəklənmə başlatmalı idi. Məni açılışa 36 saat qalmış pianonu bəzəməyə dəvət etdilər. Şərtlər ağır idi: Birincisi, günəşin altında qalan güllər solmamalı idi, ikincisi isə sudan istifadə etmək olmazdı. Royal olduqca bahalı alət idi. Yalnız bir variant var idi – hər bir gülü ayrıca şüşəyə yerləşdirmək. Onların sayı isə iki mindən çox idi. Pianonun bəzədilməsi ilə beş nəfər məşğul idi. Növbəti gün mənim gün vurmam var idi`, - deyə Turkan qeyd edib.

Royalın bəzədilməsində qərənfil, pion, qızılgül, şəbbü, hortenziya, evkalipt, sarmaşıq, amarillis, passiflora, lizantus, salal, klematis güllərindən istifadə olunub. Görülən iş, xüsusilə də kompozisiyanın ətri müğənninin xoşuna gəldi.

“Qaqa görülən işdən məmnun qaldı. Xüsusilə nənələrimizin istifadə etdiyi şəbbü gülünün ətri müğənninin xoşuna gəldi. Onlar günün altında daha da ətirlin olurlar. Bizim üçün mükafat isə Ledi Qaqanın məşq zamanı ifası oldu. Bunu görmək hər adama qismət olmur”, - deyə tanınmış florist bildirib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti