`Bizimlə belə danışa bilməzlər` - Putin meydan oxudu

`Bizimlə belə danışa bilməzlər` - Putin meydan oxudu
  20 İyun 2015    Oxunub:3431
Rusiya ilə ultimatum dilində danışmaq olmaz.
Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışında bildirib.

Putin Rusiyanın milli maraqlarının nəzərə alınmasını istədiyini söyləyib: "ABŞ imkan verməlidir ki, Rusiya özü öz maraqlarını və tələbatlarını müəyyən etsin. ABŞ daxili işlərimizə qarışaraq Rusiyaya nəyin lazım olduğunu müəyyən etməyə cəhd edir. İcazə verin öz maraqlarımızı, tələbatlarımızı özümüz müəyyən edək. Bizimlə ultimatum dilində danışmaq lazım deyil. İstəyirik ki, milli maraqlarımız nəzərə alınsın".

Putin diqqətə çatdırıb ki, Rusiya xarici siyasətdə özünü aqressiv aparmır, sadəcə ardıcıl olaraq əzmlə maraqlarını müdafiə edir.

“Biz özümüzü aqressiv aparmırıq. Biz öz maraqlarımızı daha əzmlə və davamlı şəkildə müdafiə etməyə başlamışıq, biz uzun müddət, demək olar ki, onilliklər boyu sakit dayanmışdıq və əməkdaşlığın müxtəlif elementlərini təklif edirdik, lakin tədricən bizi sıxışdıra-sıxışdıra elə bir xəttə çatdırdılar ki, ondan o tərəfə biz artıq keçə bilmərik”, deyə Putin qeyd edib.

Onun sözlərinə görə, dünyanın yeni quruculuğu ilə məşğul olmaq lazım deyil, birgə işləmək, digərlərinə hörmətlə yanaşmaq, ümumi problemlərin həlli yollarını tapmaq lazımdır. “Rusiya hər-hansı hegemonluğa iddialı deyil, o hansısa xəyali fövqəldövlət statusa malik olmağa iddia etmir”, deyə prezident əlavə edib. (Apa)


Teqlər:





Xəbər lenti