Birinci xanımı sevindirən qələbə - millimiz uddu

Birinci xanımı sevindirən qələbə - millimiz uddu
  20 İyun 2015    Oxunub:4431
Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları çərçivəsində iyunun 19-da qadınlar arasında voleybol yarışları keçirilib.
Azərbaycan millisinin Belçika yığması ilə keçirdiyi görüşü birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.

A qrupunda yer alan Azərbaycan millisi Belçika yığması ilə keçirdiyi görüşün birinci setində 25:21 hesabı ilə qalib gəldi. İkinci setdə 22:25 hesabı ilə belçikalılara məğlub olan voleybolçularımız üçüncü setdə rəqiblərindən üstün oldu: 25:20. Dördüncü setdə isə belçikalılar uğur qazandı: 25:21. Görüşün taleyi 5-ci setdə - taybrekdə həll olundu. Bu seti Azərbaycan yığması 15:6 hesabı ilə qalib başa vurdu. Ümumi nəticədə voleybolçularımız 3:2 hesabı ilə rəqiblərindən üstün oldular.

Xatırladaq ki, ilk görüşünü Rumıniya yığmasına qarşı keçirən millimiz bu görüşdən qalib ayrılıb. İyunun 15-də isə qadın voleybolçularımız Polşa millisini 3:0 hesabı ilə məğlub edib. Bunun ardınca İtaliya millisinə qalib gələn Azərbaycan yığması qrupda öz liderliyini qoruyub saxlayır. (Azertac)


Teqlər:  





Xəbər lenti