Obama ABŞ-ın `vəhşi ölkə` olduğunu etiraf etdi - VİDEO
ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, ABŞ-da Cənubi Karolinada Afro-Amerikanlıların kilsəsinə daxil olaraq 9 nəfəri qətlə yetirməsinə ölkə prezidenti Barak Obama da münasibət bildirib.
Obama etiraf etdi ki, bu kimi kütləvi qətliamlar ABŞ-da olduğu qədər digər inkişaf etmiş ölkələrdə baş vermir:
“Etiraf etməklə yanaşı bir faktı da qəbul edək ki, belə kütləvi zorakılıqlar digər inkişaf etmiş ölkələrdə baş vermir. Başqa yerlərdə bu cür cinayətlər tez-tez baş vermir. Bu problemin həlli bizim üzərimizdədir”.
Şimali Karolina ştatında Federal Təhlükəsizlik Bürosu kilsədəki qətli törədən 21-yaşlı Kaliforniyalı Dilan Ruf saxlayıb.
Saxlanılan zaman polisə heç bir müqavimət göstərməyən Dilann Rufu müşahidə kameralarının köməyi ilə saxlamaq mümkün olub. Polsin sözlərinə görə, Ruf kilsədəyə atəş açmamışdan bir saat əvvəl gəlib və onun tək hərəkət etdiyi ehtimal edilir.
Polisin məlumatına görə, o, qətli irqi nifrət zəminində edib və əsas məqsədi qaradarililəri öldümək olub.
Xatırladaq ki, qatil Cənubi Karolina ştatının Çarlston şəhərində Afrika mənşəli amerikalıların kilsəsinə girərək, dua edən insanlara atəş açıb və nəticədə 9 nəfəri qətlə yetirib.
Teqlər: