Şahzadə `dembel` oldu

Şahzadə `dembel` oldu
  20 İyun 2015    Oxunub:2837
Böyük Britaniya şahzadəsi 10 ildən çox davam edən hərbi xidmətini başa vurub.
Kensinqtonsk sarayından bildirilib ki, şahzadə üçün Birləşmiş Krallığın Silahlı Qüvvələrindən xidmət etmək onun üçün şərəf olub.Bu barədə AzVision.az “Sky News”-a istinadən xəbər verir.

Yaxın üç ayı şahzadə könüllü kimi Namibiya, Cənubi Afrika, Tanzaniya və Botsvanada olacaq.

O, reyncerlər qrupunun tərkibində filləri və kərgədanları qoruyacaq.

Qeyd edək ki, 2013-cü ildə hərbi xidməti başa vurmuş Uilyam peşəkar hərbi helikopter pilotudur. 30 yaşlı Harri “Apache” helikopterinin pilotu olub. O, iki dəfə Əfqanıstanda xidmətdə olub və dəfələrlə hərbçi və yerli əhalinin daşınmasında iştirak edib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti