Boksçumuz 1/4 finala yüksəlib- Yenilənir

Boksçumuz 1/4 finala yüksəlib- Yenilənir
  20 İyun 2015    Oxunub:3595
Bu gün Bakıda keçirilən I Avropa Oyunlarında boks yarışları davam edəcək.
AzVision.az-ın məlumatına görə, bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək. 6 çəki dərəcəsində gedəcək döyüşlərin 4-də kişilər, 2-də qadınlar mübarizə aparacaqlar. Azərbaycan yığmasının 2 boksçusu bu gün rinqə çıxacaq. Elvin Məmişzadə və Albert Səlimov da adını 1/4 finala yazdırmağa çalışacaq.

Boks

Kişilər

52 kq

Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib. 23 yaşlı boksçumuz saat 14:15-də rinqə çıxacaq.

60 kq

WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. Onun bugünkü görüşünə maraq olduqca böyükdü. Çünki təcrübəli idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.

***

Elvin Məmişzadə 1/4 finala yüksəlib. Boksumuz 1/8 finalda irlandiyalı Mayls Keysini məğlub edib.

Üç raundluq döyüşdə 29:27, 30:25, 29:28 hesablı üstünlük əldə edən E.Məmişzadə yekunda 3:0 qələbə qazanaraq 1/4 finala yüksəlib. Onun 1/4 finaldakı rəqibi Daniel Asenov (Bolqarıstan) - Linares de la Nieve (İspaniya) cütünün qalibi olacaq.

Qeyd edək ki, dünən Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) adlarını 1/4 finala yazdırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti