İki snayperimiz mübarizəsini dayandırdı

İki snayperimiz mübarizəsini dayandırdı
  20 İyun 2015    Oxunub:2444
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında atıcılığın 4 növündə yarışlara start verilib.
AzVision.az xəbər verir ki, kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışlarında ölkəmizi təmsil edən Rəsul Məmmədov 540 xal toplayıb. 24-cü olan atıcımız final mərhələsinə keçə biləyib və mübarizəni dayandırıb.

25 metr məsafədən tapança ilə 2-ci – sürətli atəş hissəsində Azərbaycan snayperi İradə Aşumova 576 xal yığaraq 15-ci yeri tutub.

Sərrast hissədə isə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinal mərhələsinə keçə bilməyib. Çünki, ilk 8 yeri tutan snayperlər növbəti mərhələ adlayıb.


Teqlər:  





Xəbər lenti