Sərxoş sürücü polisin başını kəsdi - Video
Onun sərxoş olduğu məlum olub. Yol polisinin bununla əlaqədar tədbir görmək istəməsi sürücünü qəzəbləndirib. O, sənədlərinin yoxlanılması üçün xidməti avtomobilə dəvət olunub və hər şey də burda baş verib. Qəfildən üzərində gəzdirdiyi bıçaqla polis işçilərinə hücum edən sürücü onlardan birinin boğazını kəsib. 33 yaşlı polis əməkdaşı hadisə yerində keçinib. Xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.
Cinayətin görüntüləri Yol Patrul Xidmətinin avtomobilində quraşdırılmış kameraya düşüb. Xəsarət alan polis işçisi canını qurtararaq maşından düşdükdən sonra sərxoş sürücü də onun arxasınca getmək istəyib. O, avtomobilin yan şüşəsini sındırıb. Amma hadisə yerinə gələn polis ekipajı onu həbs edib. Onun kimliyi də məlum olub. Cinayəti törədən şəxs 38 yaşlı yerli sakindir. O, əvvəllər də məhkumluq həyatı yaşayıb. Həyatını itirən polis leytenantı isə evli olub. Onun həyat yoldaşı və iki azyaşlı uşağı qalıb.
Teqlər: