Bakı-2015: bu gün hansı yarışlar var?

Bakı-2015: bu gün hansı yarışlar var?
  21 İyun 2015    Oxunub:2512
Avropa Oyunları çərçivəsində yarışların 10-cu günü başlayıb.
Bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, şose velosipedi, suya tullanma, bədii və akrobatik gimnastikası, aerobika, atıcılıq, voleybol, atletika, batutda tullanma və su polosu üzrə yarışlar keçiriləcək.

Oyunların 10-cu günü çərçivəsində 24 dəst medal oynanılacaq: 1-i kamandan oxatma, 1-i çimərlik voleybolu, 1-i şose velosipedi, 2-si suya tullanma, 4-ü akrobatik gimnastika, 2-si aerobika, 6-sı bədii gimnastika, 3-ü atıcılıq, 4-ü batutda tullanmada.

Azərbaycan idmançıları gün ərzində kamandan oxatma, boks, bədii və akrobatik gimnastikası, aerobika, atıcılıq, voleybol, şose velosipedi, suya tullanma və batutda tullanma yarışlarında qüvvələrini sınayacaqlar.

21 iyun

08:45. Atıcılıq
Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş
Kişilər arasında dairəvi stend
Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş
Bakı Atıcılıq Mərkəzi

09:00. Kamandan oxatma
Qadınlar, 1/16 final, 1/8 final, 1/4 final, 1/2 final, final
Tofiq Bəhramov adına Respublika stadionu

09:00. Suyatullanma
Qadınlar, 3 m tramplin
Kişilər, platforma
Bakı Su İdmanı Mərkəzi

09:00. Voleybol
Qadınlar, A qrupu
Belçika - Polşa
Bakı Kristal Zalı

10:00. Batut gimnastikası
Kişilər
Qadınlar
Kişilər, sinxron hərəkətlər
Qadınlar, sinxrom hərəkətlər
Milli Gimnastika Arenası

10:00. Çimərlik voleybolu
Kişilər
Yarımfinal, 3-cü yer uğrunda oyun, final
Çimərlik Arenası

10:00. Şosse velosipedi idmanı
Kişilər, şosse yarışı

10:05. Aerobika
Qarışıq cütlük
Final
Milli Gimnastika Arenası

11:00. Voleybol
Qadınlar, B qrupu
Hollandiya - Bolqaristan
Bakı Kristal Zalı

11:10. Aerobika
Qruplar
Final
Milli Gimnastika Arenası

12:30. Boks
1/8 final
Qadınlar, 60 kq
Kişilər, 64 kq, 69 kq, 75 kq, 91 kq
Bakı Kristal Zalı

13:00. Su polosu
Kişilər, 7-ci yer uğrunda
Almaniya - Macarıstan
Vaterpol Arenası

14:30. Bədii gimnastika
Ayrı-ayrı alətlərlə fərdi yarışlar
Qrup hərəkətləri
Milli Gimnastika Arenası

14:30. Su polosu
Kişilər, 5-ci yer uğrunda
Rusiya - İtaliya
Vaterpol Arenası

14:30. Voleybol
Qadınlar, A qrupu
İtaliya – Rumıniya
Bakı Kristal Zalı

14:35. Akrobatika
Qarışıq cütlük
Temp hərəkətləri
Final
Milli Gimnastika Arenası

16:00. Atletika
Bakı Olimpiya stadionu

16:05. Akrobatika
Qadınlar arasında qrup
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası

16:30. Voleybol
Qadınlar, B qrupu
Xorvatiya - Almaniya
Bakı Kristal Zalı

17:30. Akrobatika
Qarışıq cütlük
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası

18:00. Su polosu
Kişilər, 3-cü yer uğrunda
Xorvatiya - Yunanıstan
Vaterpol Arenası

18:25. Akrobatika
Qadınlar arasında qrup
Temp hərəkətləri
Final
Milli Gimnastika Arenası

19:30. Su polosu
Kişilər, 1-ci yer uğrunda
İspaniya - Serbiya
Vaterpol Arenası

20:00. Voleybol
Qadınlar, A qrupu
Türkiyə - Azərbaycan
Bakı Kristal Zalı

22:00. Voleybol
Qadınlar, B qrupu
Rusiya – Serbiya
Bakı Kristal Zalı

AzVision.az


Teqlər:  





Xəbər lenti