Hər gün 43 min insan qaçqına çevrilir - Şok hesabat

Hər gün 43 min insan qaçqına çevrilir - Şok hesabat
  21 İyun 2015    Oxunub:4918
Dünyada qaçqın və məcburi köçkünlərin sayı hər gün təqribən 43 min nəfər artır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Pan Qi Munun Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ölkələrinə etdiyi müraciətdə deyilir.

“2014-cü ilin sonuna olan rəqəmlərə əsasən, dünyada rekord sayda - 59,5 milyon insan münaqişə və ya zorakılıq səbəbindən didərgin düşüb. Bu isə o deməkdir ki, dünyada hər 122 nəfər qaçqındır, məcburi köçkündür və yaxud sığınacaq axtarışındadır», sənəddə qeyd edilir.

Sənəddə vurğulanır ki, dünyada qaçqınların sayının sarsıdıcı dərəcədə artmasına Suriya, İraq, Ukrayna, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Pakistan və Nigeriyada yaşanan münaqişələr səbəb olub.

Müraciətdə həmçinin bildirilir ki, hər gün 42,5 min nəfər qaçqın və yaxud məcburi köçkünə çevrilir. “Bu göstərici son dörd il ərzində 4 dəfə artıb”, sənəddə vurğulanır.


Teqlər:





Xəbər lenti