TQDK sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

TQDK sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
  04 İyun 2013    Oxunub:1372
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 12-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Şəhərin Heydər Əliyev Mərkəzində (20 yanvar küçəsi, 148) keçiriləcək qəbulda Mingəçevir və Yevlax sakinləri ilə yanaşı, Kəlbəcər və Xocalı rayonlarından olan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (https://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (024 244 66 14) xahiş olunur.

Yuxarıda qeyd olunanlarla yanaşı, vətəndaşlar birbaşa müraciətlə də qəbula yazıla bilərlər. Belə ki, TQDK əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək qeydiyyat aparacaqlar:

Xocalı və Kəlbəcər rayonları üzrə – 8 iyun 2013-cü il – (Goranboy rayon Təhsil şöbəsi)

Kəlbəcər rayonu üzrə – 10-11 iyun 2013-cü il – TQDK-nın Gəncə regional bölməsində (Gəncə şəhəri, İnzibati bina)

Mingəçevir şəhəri üzrə – 10 iyun 2013-cü il, (şəhər Təhsil şöbəsi)
Yevlax rayonu üzrə – 11 iyun 2013-cü il, (rayon Təhsil şöbəsi)

Azvision.az


Teqlər:  





Xəbər lenti