Velosipedçimiz 55-ci oldu

Velosipedçimiz 55-ci oldu
  21 İyun 2015    Oxunub:2159
Azərbaycanda keçirilən I Avropa Oyunları çərçivəsində keçirilən şose velosipedi yarışının qalibi İspaniya idmançısı Luis Leon Sançes Gil olub. O, 214 kilometrlik məsafəni 5 saat 25 dəqiqəyə qət edib. Ukrayna idmançısı Andrey Qrivko finişə ikinci çatıb. Çexiyalı Pyotr Vakoç isə üçüncü yeri tutub.

Yarışa Azadlıq meydanından start verilib. 211 idmançı, o cümlədən Azərbaycanın iki velosipedçisi Elçin Əsədov və Samir Cəbrayılov məsafəni gərgin mübarizə şəraitində qət ediblər. Elçin Əsədov finişə 55-ci çatıb, Samir Cəbrayılov isə yarışın yarısında şosedən çıxıb.


Teqlər:





Xəbər lenti