Bütün boksçularımız qalib gəldi

Bütün boksçularımız qalib gəldi
  22 İyun 2015    Oxunub:2864
Bu gün Avropa Oyunlarında daha bir boksçumuz rinqə çıxıb.
Trend-in məlumatına görə, Azərbaycanı kişilər arasında birinci yarım-orta çəki (64 kq) dərəcəsində təmsil edən Kollazo Sotomayor 1/8 finalda Dmitri Qalaqot ilə qarşılaşıb.

Rinqdə daha baxımlı döyüş nümayiş etdirən təmsilçimiz bütün raundlarda rəqibindən üstün olub - 3:0.

Onun 1/4 finaldakı rəqibi rumıniyalı Daniel Nikulesku olacaq. Döyüş iyunun 23-də saat 20:15-də keçiriləcək.

X X X

Bu gün təmsilçilərimizdən rinqə son olaraq Azərbaycanı orta çəkidə (75 kq) təmsil edən Xaybula Musalov çıxıb.

O, 1/8 final mərhələsindəki döyüşdə Fransadan olan boskçu Kristian Mbilli Assomo-Hallier ilə qarşılaşıb.

Gərgin keçən döyüş boksçumuzun xeyrinə başa çatıb - 3:0.

X.Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə qarşılaşacaq. Döyüş iyunun 24-də saat 13:30-da baş tutacaq.

Xatırladaq ki, bu gün bundan əvvəl rinqə 3 boksçumuz çıxıb. Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva 1/8 finalda Finlandiya idmançısına, kişi boksçularımızdan yarım-orta çəkidə (69 kq) çıxış edən Pərviz Bağırov 1/8 finalda Moldova boksçusuna, ağır çəkidə (91 kq) yarışan boksçumuz Aldulkadir Abdullayev isə Macarıstan idmançısına qalib gələrək 1/4 finala yüksəlib.


Teqlər:





Xəbər lenti