Tbilisidə itən pinqvin Azərbaycanda tapılıb
Bu barədə Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
Daşqın zamanı Tbilisi zooparkından 9 pinqvin qaçıb, 8-ni dərhal tapıblar.
Zoopark əməkdaşları sonuncu pinqvinin hadisə zamanı həlak olduğunu düşünsələr də, bir neçə gün sonra üzərində zooparkın işarəsi olduğu quşu Azərbaycanda yanacaqdoldurma məntəqəsində tapıblar.
Yemək axtaran pinqvin insanlara özü yaxınlaşıb. Onu tutaraq, Tbilisiyə, doğma zooparkına göndəriblər.
Qeyd edək ki, daşqın zamanı Tbilisi zooparkını su basıb, orda qalan 600 heyvandan yarısı həlak olub. Xüsusi təyinatlılar indiyədək Tbilisi ətrafında sağ qalmış pələng və kaftarı axtarırlar.
Hadisə zamanı Gürcüstan paytaxtında 19 nəfər ölüb.
Teqlər: