Bu gün hansı yarışlar keçiriləcək?- Cədvəl

Bu gün hansı yarışlar keçiriləcək?- Cədvəl
  22 İyun 2015    Oxunub:2755
Bu gün I Avropa Oyunlarında 7 növ üzrə yarışlar keçiriləcək.
AzVision.az-ın məlumatına görə, yarışların XI günündə idmançılar 13 dəst medal uğrunda mübarizə aparacaqlar. Mükafatçıları müəyyənləşəcək 4 idman növündə yarışlara yekun vurulacaq. Atıcılıqda 3, kamandan oxatma və atletikanın hərəsində 1 medal dəstinin sahibi bəlli olacaq.

Bir gün davam edəcək sambo yarışlarında isə 8 qalibin adı bəlli olacaq. Bu gün başlanacaq badmintonçuların mübarizəsində qrup mərhələsinin oyunları baş tutacaq. Həmçinin boks və voleybol yarışları davam etdiriləcək.

22 iyun

08:30. Atıcılıq
Qarışıq Komanda halında dairəvi stend
Qarışıq Komanda halında 10 metrdən hava tüfəngi ilə atəş
Qarışıq Komanda halında 10 metrdən hava tapançası ilə atəş
Bakı Atıcılıq Mərkəzi

09:00. Badminton
Qrup mərhələsi
Bakı İdman Zalı

09:00. Kamandan oxatma
Kişilər
Tofiq Bəhramov adına Respublika stadionu

09:00. Voleybol
Kişilər, A qrupu
Polşa – Finlandiya
Bakı Kristal Zalı

10:00. Sambo
Kişilər, 57 kq, 90 kq, 74 kq, +100 kq
Qadınlar, 52 kq, 60 kq, 64 kq, 68 kq
Heydər Əliyev adına İdman Arenası

11:00. Voleybol
Kişilər, B qrupu
Belçika - Almaniya
Bakı Kristal Zalı

12:30. Boks
1/4 final
Qadınlar, 51 kq, 75 kq
Kişilər, 49 kq, 56 kq, 81 kq, 52 kq, +91kq
Bakı Kristal Zalı

14:30. Voleybol
Kişilər, B qrupu
Bolqarıstan - Slovakiya
Bakı Kristal Zalı

16:00. Atletika
Bakı Olimpiya stadionu

16:30. Voleybol
Kişilər, A qrupu
Fransa - Serbiya
Bakı Kristal Zalı

20:00. Voleybol
Kişilər, A qrupu
Türkiyə - Azərbaycan
Bakı Kristal Zalı

22:00. Voleybol
Kişilər, B qrupu
İtaliya – Rusiya
Bakı Kristal Zalı

AzVision.az


Teqlər:





Xəbər lenti