“Türkiyədə koalisiya hökümətinin ömrü 6 aydır” - Politoloq

“Türkiyədə koalisiya hökümətinin ömrü 6 aydır” - Politoloq
  22 İyun 2015    Oxunub:3333
“Türkiyədə qurulacaq koalision hökumət uğur qazana bilməyəcək”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a açıqlamasında deyib. Politoloq hesab edir ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) quracağı koalison hökumətin ömrü uzun olmayacaq:

“Bu gün Türkiyə hökumətsiz qala bilməz. Ona görə də müəyyən koalision hökumət formalaşa bilər. Amma, Türkiyə tarixinə nəzər salanda görürsən ki, bu ölkədə qurulan koalison hökumətlər uğur qazana bilməyib. Ona görə də bu hökumətlər vaxtından əvvəl dağılıb. İndi Türkiyədə koalison hökumət qurulsa belə 6 ay, maksimum 2 il ömrü olacaq. Bunu həmin hökuməti quranlar da bilir. Amma başqa çarələri yoxdur. Çünki, parlamentdə səslər elə bölünüb ki, bu və ya digər formada koalison hökumət qurulmalıdır”.

E. Şahinoğlu bildirib ki, qurulacaq koalision hökumətdə əsas məsələ qarşıya qoyulan hədəflərlə bağlıdır:

“Maraqlı olan məqam bu hökumətin qarşıya hansı hədəfləri qoyacağıdır. AKP ilə MHP-nin hədəfləri fərqlidirsə, deməli koalision hökumət bir hədəfə doğru irəliləyə bilməyəcək”.

Qeyd edə ki, MHP bir neçə şərt müqabilində AKP-nin kürd probleminin demokratik həlli ilə bağlı planını qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunun ölkənin xarici işlər naziri vəzifəsinə keçməsi şərtlərdən biri olub. Məlumatda deyilir ki, razılığa əsasən, parlament spikeri də MHP-li millət vəkili olacaq. Bundan başqa, Türkiyənin sabiq Daxili İşlər naziri Murat Başeşqioğlu daxili işlər naziri, Türkiyə Mərkəzi Bankının sabiq rəhbəri Durmuş Yılmaz isə Türkiyə Maliyyə naziri postunu tutacaq.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti