İŞİD “Ən-Nusra Cəbhəsi” liderinin başını kəsdi - Video

İŞİD “Ən-Nusra Cəbhəsi” liderinin başını kəsdi - Video
  22 İyun 2015    Oxunub:3991
İŞİD terrorçuları “Ən-Nusra Cəbhəsi” terror təşkilatının liderini edam edib.
APA TV-nin məlumatına görə, edam olunan Abdi əl-Bara əl-İraqi bir müddət öncə Suriyanın Raqqa şəhəri ətrafında gedən döyüşlərdə ələ keçirilib.

İŞİD terror təşkilatı edamın görüntülərini yayıb. Edam Raqqaya bağlı Əl Naim qəsəbəsində həyata keçirilib. Əsir götürülmüş “Ən-Nüsra Cəbhəsi” lideri insanlarla dolu bir meydana gətirilərək diz çökdürülür, cəllad əvvəlcə iki dəfə əlindəki qılıncla kəsəcəyi yeri yoxladıqdan sonra əl-İraqinin başını kəsir.

Arasında uşaqların da olduğu yüzlərlə insan edamın ardından başı kəsilən cəsədin üstünə yürüyüb.




Teqlər:





Xəbər lenti