“Putin həyatımı xilas etdi” – Yanukoviç ilk dəfə danışdı

“Putin həyatımı xilas etdi” – Yanukoviç ilk dəfə danışdı
  23 İyun 2015    Oxunub:4673
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç “Maydan hadisələri”ndən sonra ilk dəfə Qərb KİV-nə müsahibə verib.

AzVision.az xəbər verir ki, eks-prezident “BBC”yə müsahibəsində bir sıra ciddi məqamlara aydınlıq gətirib.

Yanukoviç vurğulayıb ki, Rusiya prezidenti Vladimdir Putin ötən ilin fevralın 23-də verdiyi əmrlə onun həyatını xilas edib: “Vladimir Putin bu qərarı öz xüsusi təyinatlılarının tövsiyəsi əsasında qəbul edib. Bu, onun hüququ və işidir. Bu barədə mənimlə məsləhətləşməyib. Mən bu əmrə və həyatımı xilas etdiyinə görə Putinə minnətdaram”.

Sabiq prezidentin sözlərinə görə, onun həyatı hələ də təhlükədədir, lakin bir gün Ukraynaya qayıdacağına ümid edir.

Yanukoviç eyni zamanda Krımın itirilməsini faciə, Donbas regionundakı müharibəni kabus adlandırıb.

O, vurğulayıb ki, hakimiyyətdə qalsaydı, bu faicələrin heç biri yaşanmazdı: “Mən Krımın Ukraynaya qaytarılması məsələsinin həllini ancaq sülh yolunda görürəm. Hazırda müharibə gedir. Onlar Krımın qaytarılmasından danışırlar. Necə? Müharibə yolu ilə? Bizə daha bir müharibə lazımdır?”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti