Saakaşvili Ukraynada öz ASAN Xidmətini yaradır
Oxu.Az xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.
"Üç aydan sonra Odessada inzibati xidmətlər mərkəzi təşkil olunacaq, burada bütün arayışlar, icazələr, rəsmiləşdirmə sənədləri yerində, növbəsiz və artıq məqamlar olmadan veriləcək. Tezliklə əməkdaşların yığılması və treninqlər başlayacaq.
Bu bün Qroysman (Ukrayna parlamentinin spikeri - red.) və mən insanların həyatını asanlaşdıracaq, inzibati xidmətlər sahəsində dələduzlardan azad edəcək bu layihə üçün binaya baxdıq", - deyə, Saakaşvili yazıb.
Teqlər: