İrəvanda gərginlik: 237 nəfər saxlanıldı - FOTOLAR, VİDEO

İrəvanda gərginlik: 237 nəfər saxlanıldı - FOTOLAR, VİDEO
  23 İyun 2015    Oxunub:4282
Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyaları zamanı 237 nəfər tutulub.

AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Hazırda olan məlumatlara əsasən, 237 etirazçı saxlanılıb”, - deyə Aqaryan qeyd edib.

O, həmçinin bildirib ki, etiraz aksiyası zamanı 10 iştirakçı xəsarət alıb, 11 polis isə müxtəlif dərəcəli xəsarət alıb.

Hüquq mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, etiraz aksiyalarının keçirildiyi ərazidə soyuq silah da aşkarlanıb.



Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb. Nümayişçilərə qarşı güc tətbiq edilib. 15 dəqiqə davam edən əməliyyat nəticəsində saxlanılanlar var.

Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.

İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.



Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti