13 günə bir milyard dollar – Yeni Rekord (VİDEO)

13 günə bir milyard dollar – Yeni Rekord (VİDEO)
  23 İyun 2015    Oxunub:6066
“Yur dövrünün dünyası” (Jurassic World, 2015) filmi 13 gün ərzində dünya kinoteatrlarında 1 milyard dollardan çox gəlir götürüb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bununla da film növbəti rekorda imza atıb.

“Yur dövrünün dünyası` filmi dinozavrlar haqqında 1993-cü ildən başlayan kinofranşizanın dördüncü filmidir. Azərbaycan kinoteatrlarında film bu ilin iyunun 11-dın etibarən nümayiş etdirilir. Kinofranşizanın ilk iki filmində rejissor Stiven Spilberq olub. Üçüncü və dördüncü filmlərdə isə o prodüser kimi çıxış edib.

“Yur dövrünün dünyası` filminin rejissoru Kolin Trevvordur. Filmdə baş rolları Kris Pratt, Brays Dallas Hovard, Tay Simpkins və başqaları ifa ediblər. Filmin istehsalına 150 milyondan çox pul xərclənilib. İki həftə ərzində film ona xərclənən vəsaitdən 7 dəfə çox gəlir gətirib.
Qeyd edək ki, bundan əvvəlki rekord bu ilin aprel ayında ekranlara çıxan `Forsaj 7` filminə məxsus idi. Belə ki, film 17 gün ərzində istehsalçılarına 1 milyarddan çox gəlir gətirmişdi.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti