Vanessa Sahinoviç 3-4 həftə xəstəxanada qalacaq

Vanessa Sahinoviç 3-4 həftə xəstəxanada qalacaq
  23 İyun 2015    Oxunub:2500
“İyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində baş vermiş qəza nəticəsində xəsarət alan avstriyalı idmançı Vanessa Sahinoviçin vəziyyəti orta sabitdir və onun müalicəsi davam etdirilir“.
APA-nın məlumatına görə, bunu Avstriya teleradio kanalına (ORF) müsahibəsində idmançının müalicə aldığı Vyana Dunay Xəstəxanasının travmatologiya şöbəsinin rəhbəri Mehdi Musavi bildirib.

15 yaşlı V.Sahinoviçin bir neçə sümük sınığı diaqnozu ilə xəstəxanaya qəbul edildiyini və onun üzərində cərrahiyyə əməliyyatının aparıldığını qeyd edən M.Musavi əlavə edib ki, idmançının müalicəsi təxminən 3-4 həftə xəstəxana şəraitində davam etdiriləcək.


Teqlər:  





Xəbər lenti