“Petkim” 3 ən böyük şirkətdən biri olacaq

  04 İyun 2013    Oxunub : 278
“Petkim” 3 ən böyük şirkətdən biri olacaq
“2018-ci ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan “Petkim” şirkəti Türkiyənin 3 ən böyük şirkətindən biri olacaq”.
Bunu jurnalistlərə açıqlamasında ARDNŞ Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz deyib.

Onun sözlərinə görə, enerji sahəsində də Türkiyənin ən böyük şirkəti SOCAR olacaq.

“Türkiyənin dünyada ən böyük 16-cı iqtisadi ölkəsi olduğunu götürsək, qardaş ölkədə SOCAR-ın dünyanın 3 ən böyük şirkətlərdən biri olmasını demək olar. Belə ki, onun həyata keçirdiyi layihələr bunu sübut edir. Təmsil etdiyim şirkət orada nə qədər böyük layihələrin həyata keçirilməsini bir daha sübut edəcək. Biz həmçinin qardaş ölkədə böyük layihələrlə bərabər, sosial layihələrə də investisiya yatırırıq. Hazırda SOCAR Türkiyədə təhsilə, idmana çox böyük dəstək verir.

Həmçinin Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda “Star” Neft Emalı Zavodu ilə eyni zamanda təməli atılan Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisi başa çatıb. Hazırda burada 30 azərbaycanlı tələbə təhsil alır və bu ildən 20 azərbaycanlı tələbənin orada təhsil almağa göndərilməsi nəzərdə tutulur”.


Teqlər: