Türkiyə parlamentində andiçmə başladı - Fotolar

Türkiyə parlamentində andiçmə başladı - Fotolar
  23 İyun 2015    Oxunub:2445
Türkiyə Böyük Millət Məclisində yeni seçilən millət vəkilləri and içməyə başlayıblar.
AzVision.az xəbər verir ki, mərasimdən öncə Türkiyənin İstiqlal marşı oxunub. Ən yaşlı deputat kimi müvəqqəti parlament rəhbəri olan Deniz Baykal çıxış edib:

“Məclis bir-birinə hörmət etməyə məcbur olan insanlardan, ancaq əl-ələ verərsə, qol-qola girərsə irəliləyə biləcək olan insanlardan ibarətdir. Xalqımızın istəyi belə oldu. Uzlaşmanın təməlində hüquq, əxlaq, vətənpərvərlik olacaq”.

Çıxışdan sonra andiçmə mərasimi başlayıb. Millət vəkilləri vilayətlərin əlifba sırası ilə and içməyə başlayıblar. Mərasimin azı 10 saat davam edəcəyi bildirilir.

Qalereya




Teqlər:





Xəbər lenti