Dəniz Baykal parlament sədri oldu

Dəniz Baykal parlament sədri oldu
  24 İyun 2015    Oxunub:2316
Türkiyə Böyük Millət Məclisi (TBMM) iyunun 23-də prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni tərkiblə ilk iclasını keçirib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal Türkiyə parlamentinə müvəqqəti sədrlik edib.

D.Baykal yeni hökumət yaradılanadək parlamentə sədrlik edəcək. İclas qanunverici orqanın üzvlərinin andiçməsi ilə başlayıb. İyunun 28-də TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə keçiriləcək.

Xatırladaq ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilmiş növbəti seçkilərin nəticələrinə görə, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Millətçi Hərəkat və Xalqların Demokratik partiyaları yeni parlamentdə təmsil olunurlar. Hakim Ədalət və İnkişaf Partiyası 258 mandatla yeni parlamentdə çoxluq təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti