ABŞ Fransanın son üç prezidentini izləyib

ABŞ Fransanın son üç prezidentini izləyib
  24 İyun 2015    Oxunub:1989
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransanın son üç prezidenti barəsində kəşfiyyat fəaliyyəti aparıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qalmaqallı ifşalarla məşhurlaşan “WikiLeaks” portalı məlumat yayıb.

“WikiLeaks”-in əldə etdiyi məlumata əsasən, ABŞ xüsusi xidmət orqanları Jal Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinləyib.

“Fransa xalqının bilməyə haqqı var ki, seçdiyi hökumət hesab etdiyi müttəfiqi tərəfindən düşməncəsinə izlənib. Biz bu məsələni işıqlandırmağa yardımçı olmuş Fransanın “Liberation” və “Mediapart” nəşrləri ilə əməkdaşlığımızla fəxr edirik. Fransalı oxucularımız yaxın günlərdə daha mühüm ifşalarla tanış olacaqlar”, deyə nəşr portalın təsisçisi Culian Assanjın bəyanatını sitat gətirib.


Teqlər:





Xəbər lenti