Moskva İrəvandakı hadisələri diqqətlə izləyir

Moskva İrəvandakı hadisələri diqqətlə izləyir
  24 İyun 2015    Oxunub:2166
Rusiya Ermənistandakı hadisələri diqqətlə izləyir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Dmitriy Peskov bildirib.

“Ermənistan bizim yaxın tərəfdaşımızdır, bizi Ermənistan, erməni xalqı ilə tarixi əlaqələr birləşdirir”, - deyə Peskov qeyd edib.

Putinin köməkçinin sözlərinə görə, Moskva ümid edir ki, yaxın vaxtlarda Ermənistanda vəziyyət qanunvericiliyə uyğun şəkildə həll olunacaq və heç bir qanun pozuntusu olmayacaq.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.

İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.

Ötən gün səhər saatlarından etibarən Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb. Nümayişçilərə qarşı güc tətbiq edilib. 15 dəqiqə davam edən əməliyyat nəticəsində saxlanılanlar var.

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyaları zamanı 237 nəfər tutulub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti