Ermənistan polisi etirazçılara xəbərdarlıq etdi - VİDEO
İrəvan polisinin rəisi Aşot Karapetyan bəyan edib ki, hüquq-mühafizə orqanları əməkdaşları prospektin azad olunması məsələsində Milli Məclisin deputatlarının köməyinə ümid edir.
“Biz ümid edirik ki, deputatlar nümayişçiləri prospektdə hərəkəti bərpa etməyə inandıra biləcəklər. Biz danışıqlar aparırıq və onun uğurla bitəcəyinə ümid edirik. Polis qanun çərçivəsində sərt addımlar atacaq”, - deyə Karapetyan bildirib.
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.
Eldar Tanrıverdiyev
Azvision.az