Erməni nazir Azərbaycanla görüş istəyir

Erməni nazir Azərbaycanla görüş istəyir
  24 İyun 2015    Oxunub:4685
Ermənistan Müdafiə Nazirliyində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
İclas bu ilin altı ayında görülən işlərə həsr edilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, komissiyanın sədri, Ermənistanın müdafiə naziri Seyran Ohanyan komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb və deyib ki, planlaşdırılmış bütün tədbirlər əsasən yerinə yetirilib.

Görüşün gedişatında komissiya yanında işçi qrupun rəhbəri Armen Kaprielyan ötən müddətdə görülən işlərlə bağlı məruzə edib və bildirib ki, vaxtilə itkin düşənlər barədə yeni xəbər yoxdur, amma axtarış üzrə işlər sürətlə aparılır.

S.Ohanyan iclasda iştirak edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dominik Lienqmendən və Valeri Yarmakdan Ermənistanın və Azərbaycanın müvafiq işçi qrupları arasında görüşün təşkili üçün addım atmağı və təşəbbüs göstərməyi xahiş edib.

O, iclasın yekununda komissiyanın hesabat dövrü üçün işini səmərəli hesab edib, hətta nailiyyətlərin olduğunu söyləyib: "Birinci yarım ildə Ermənistan vətəndaşlarından heç kim əsir düşməyib, həmçinin Ermənistan ərazisində heç kimin əsir götürülməsi və təslim olması ilə bağlı fakt qeydə alınmayıb".


Teqlər:





Xəbər lenti