`İrəvanda rəngli inqilab başlayır` - Rəsmi Moskva

`İrəvanda rəngli inqilab başlayır` - Rəsmi Moskva
  24 İyun 2015    Oxunub:4792
Rusiya Federasiya Şurasının sədri Konstantin Kosaçev Ermənistanda baş verən hadisələrdə `rəngli inqilab`ın elementlərini görür.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

`Hələlik zahirən vəziyyət sosial-iqtisadi durumdan narazı olan insanların münaqişəsi kimi görünür. Lakin burada aldanmaq lazım deyil. Bütün `rəngli inqilablar` bu cür ssenari ilə başlayıb. Ermənistan da bu cür yoldan sığortalanmayıb ` - deyə Kosaçev bildirib.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti