Pakistanda ölü sayı 1000-ə çatdı - YENİLƏNİB

Pakistanda ölü sayı 1000-ə çatdı - YENİLƏNİB
  25 İyun 2015    Oxunub:2993
Pakistanda davam edən isti havalar 1000 nəfərin həyatına son qoyub.
AzVision.az xəbər verir ki, ölkədə son 3 gündə havanın hərarəti 47 dərəcəyə kimi yüksəlib. Təkcə ötən gün Karaçidə günvurma diaqnozu ilə 500 nəfər xəstəxanaya yerləşdirilib. İstilər ümumilikdə isə 3 min nəfərə ziyan vurub.

İsti havanın Ramazan ayına təsadüf etməsi və insanların çoxunun oruclu olması da itkilərin sayına təsir edib. İstidən ölənlərin çoxu az gəlirli və çörək pulu qazanmaq üçün gün altında işləməyə məcbur olan insanlardır.

***

Pakistanda davam edən anomal istilər nəticəsində ölənlərin sayı 1000-ə çatıb. AzVision.az xəbər verir ki, bu barədə `CNN` telekanalı hakim dairələrə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, hazırda ölkənin bütün xəstəxanaları tamamilə doludur.

Eldar Tanrıverdiyev
Azvision.az




Teqlər:  





Xəbər lenti