Qazaxıstan və Türkmənistan Xəzəri böldülər

Qazaxıstan və Türkmənistan Xəzəri böldülər
  25 İyun 2015    Oxunub:3086
Qazaxıstan parlamentinin senatı bu gün keçirilən iclasında Türkmənistanla Xəzər dənizinin dibinin sərhədlərinin müəyyənləşdirilməsi haqqında razılaşmanı təsdiqləyib.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

İki ölkə arasında Xəzər dənizində sərhədləri müəyyənləşdirən qanun layihəsi imzalanması üçün Qazaxıstan prezidenti Nursultan Nazarbayevə göndəriləcək.

“Razılaşma Xəzər dənizinin dibini Qazaxıstan və Türkmənistan arasında hüdudları müəyyən etməyə imkan verir. Bu qərar tərəflərə Xəzər dənizinin dibində və üzündə təbii resurslardan istifadə, hazırlıq və kəşfiyyat işlərinin aparmasına imkan verəcək”, - deyə Senatın beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik üzrə komitəsinin yaydığı məlumatda bildirilir.

Razılaşma ötən ilin sonu Türkmənistanın paytaxtı Aşqabadda imzalanıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti